Milli geyim mağazamız 2012-ci ildən fəaliyyət göstərir
Necə fərqlənirik?
Təkrarolunmaz dizayn
Hər geyim xüsusi hazırlanır və özünəməxsus detallar ilə fərqlənir
Keyfiyyətli parçalar
Uzunömürlü və rahat istifadə üçün yalnız seçilmiş materiallardan istifadə edirik
İstəyinizə uyğun ölçü və dizayn
Ölçünü və detalları tam istədiyiniz kimi hazırlayaraq sizə uyğunlaşdırırıq
Pərakəndə və Topdan satış
Həm fərdi müştərilər, həm də mağazalar üçün sərfəli satış imkanları təqdim edirik
2012-ci ildən fəaliyyət göstəririk
Samira.az – milli geyimlərin satış və icarəsi üzrə ixtisaslaşmış mağazadır. Bizim məqsədimiz Azərbaycan mədəniyyətinin gözəlliyini müasir təqdimatla birləşdirərək hər kəsə çatdırmaqdır. Burada həm böyüklər, həm də uşaqlar üçün ənənəvi milli geyimlər, aksesuarlar və milli geyimli oyuncaqlar tapa bilərsiniz.
Məhsullarımız həm pərakəndə, həm də topdan şəkildə təqdim olunur. Bakıda və bütün bölgələrə onlayn sifariş və çatdırılma mümkündür. Fiziki mağazamız Sədərək Ticarət Mərkəzində yerləşsə də, satışlarımızın böyük hissəsi rahat onlayn sifarişlər sayəsində həyata keçirilir.
Hər geyim yüksək keyfiyyətli materiallarla hazırlanır, tədbirlər, foto çəkilişləri, məktəb tədbirləri, xınayaxdı və milli bayramlar üçün ideal seçimdir. İstəyənlər üçün geyimlərin icarəsi də mümkündür.
Bundan əlavə, mağazamızın sahibi uzun illərdir ki, xınayaxdı tədbirlərinin təşkili ilə də məşğuldur. Bu səbəbdən geyimdən dekorasiyaya qədər hər detala peşəkar yanaşma göstərilir.
Samira.az – milli ənənəni yaşadan, keyfiyyəti ilə seçilən və hər büdcəyə uyğun seçimlər təqdim edən etibarlı ünvanınızdır.
Geniş çeşiddə geyimlər, kukllar və oyuncaqlar təklif edirik